Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı

Texnologiya 16 Noyabr 2017 11:45 Oxunub 1796
Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu gəmi çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi..."

Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib. Avtosfer.az-ın "Qafqazinfo"ya istinadən məlumata görə, artıq Natiq Əliyev gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir. Gəmidə Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb. Qeyd edək ki, bir neçə gündən sonra noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir. Xatırladaq ki, Mübariz Mənsimov Natiq Əliyevlə yaxın dost olduğunu açıqlamışdı: "Bu gəmi çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu..." 

http://qafqazinfo.az/uploads/1510815978/20120712%20NA.jpg

 


ŞƏRH YAZ
Ad

E-mail

Şərh