Balıqçıların gəmisi narkotik bazarı çıxdı - FOTO

Gündəm 16 Noyabr 2017 11:59 Oxunub 1211
Balıqçıların gəmisi narkotik bazarı çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir

Əmrə tabe olmayan balıqçıları sərhəd xidmətinin hərbçiləri yaxalaya bilib Sərhədçilərimiz qayıqdan narkotik vasitələr tapdılar. Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilənb məlumata görə, noyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb. Həmin tarixdə Astara rayonu istiqamətində xidmət aparan Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunmuş və üzmə vasitəsinin saxlanılması üzrə tədbirlər görülüb.

Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanılıb, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilib.

Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunub.

 

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh