Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

Qəzalar 16 Noyabr 2017 16:22 Oxunub 931
Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub. Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh