Qadını aldadan "polis zabiti" tutuldu - VİDEO

Yol polisi 16 Noyabr 2017 22:46 Oxunub 1560
Qadını aldadan "polis zabiti" tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ələddin Novruzov qadını aldadaraq 5 min manat pulunu mənimsəyib

Goranboyda 53 yaşlı kişi özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edib. Avtosfer.az-ın məlumatına görə, hadisə Goranboyda baş verib. Rayonun Muzdurlar kənd sakini Sonaxanım İbrahimova Polis Şöbəsinə müraciət edərək, bir nəfər şəxsin onu aldadaraq 5000 manat pulunu mənimsədiyini bildirib. Zərərçəkən ərizəsində qeyd edib ki, dələduz özünü Rusiya Daxili İşlər Nazirliyinin polis polkovnik-leytnantı kimi təqdim edib və qadına oglu Raminin həmin ölkədə cinayət törətdiyini, buna görə polis tərəfindən axtarıldığını deyib. Bu işə xitam verilməsi üçün Sonaxanım İbrahimovadan pul tələb edib. Məlumatdan sonra polis həmin adamı saxlayıb.

Saxlanılan 53 yaşlı Ələddin Novruzov Rusiya vətəndaşı olsa da, əslən Samuxun Ağasıbəyli kəndindədir. O, Sonaxanım İbrahimovanı tanımadığını və deyilənlərin doğru olmadığını bildirib.

Hadisənin təfərrüatları araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh