Lotu Quliyə sui-qəsd əməliyyatının videosu - Yayıldı

Gündəm 16 Noyabr 2017 23:58 Oxunub 2401
Lotu Quliyə sui-qəsd əməliyyatının videosu - Yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Namiq Canıyev onun intiqamını almaq üçün “Şirinlər” dəstəsi ilə razılaşıb

İstanbulda “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd hazırlayan polkovnik Namiq Canıyevin rəhbərlik etdiyi 13 nəfərlik dəstənin ticarət mərkəzindəki görüntüləri yayılıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Şirinlər” dəstəsinə qarşı yönələn həmin əməliyyat görüntülərində üstlərində silah olan, 4-ü azərbaycanlı olmaqla 13 nəfərin ticarət mərkəzinə X-ray cihazından keçmədən daxil olduğu ortaya çıxıb. Cinayətkar dəstə ilə anlaşdığı məlum olan ticarət mərkəzinin təhlükəsizlik rəisi də saxlanılıb. 

Yeri gəlmişkən qeyd edək ki, sözügedən əməliyyat zamanı saxlanılan Rövşən Canıyevin polkovnik qardaşı Namiq Canıyevin və bir qrup azərbaycanlının bu gün Türkiyədə məhkəməsidir. Onların azadlığa buraxılacaqları gözlənilir. 

Xatırladaq ki, iddiaya görə, ötən il Beşiktaşda güllələnərək öldürülən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev onun intiqamını almaq üçün “Şirinlər” dəstəsi ilə razılaşıb. Canıyevin qətlinin sifarişçisi olduğu ehtimal edilən “Lotu Quli” ləqəbli N.Səlifovu öldürmələri üçün cinayətkar dəstəyə 5 milyon dollar təklif edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh