40 yaşlı qadın kürəkəni ilə yolda gedərkən bıçaqlandı - Tovuzda

Gündəm 17 Noyabr 2017 00:55 Oxunub 832
40 yaşlı qadın kürəkəni ilə yolda gedərkən bıçaqlandı - Tovuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kürəkəni bıçaqlamaq istəyərkən iti alət qadına dəyib

Tovuzda bıçaqlanma olub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun İbrahim Hacılı kənd sakini 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. Məlumata görə, S.Kazımova kürəkəni ilə Qovlar şəhərində küçə ilə gedən zaman bir neçə naməlum şəxslər və kürəkəni arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri kürəkəni bıçaqlamaq istəyərkən, iti alət qadına dəyib.

Faktla bağlı araşdırma aparılır.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh