Mingəçevirdə iki maşın toqquşub, xəsarət alan var

Qəzalar 17 Noyabr 2017 01:12 Oxunub 710
Mingəçevirdə iki maşın toqquşub, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Səməd Vurğun meydanında qeydə alınıb

Mingəçevirdə “VAZ-21015” və “Opel” markalı avtomobillərin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, Səməd Vurğun meydanında qeydə alınmış qəza nəticəsində "VAZ"ın 1983-cü il təvəllüdlü sürücüsü, Yevlax şəhər sakini Məhəmməd Quliyev sifət nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Onun başı zərbədən maşının alın şüşəsinə çırpılıb və şüşə tamamilə qırılıb. Hadisə yerinə gələn "təcili yardım" heyəti yerində yaralı şəxsə tibbi yardım göstərib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh