Bakıda qəfil dönmə əməliyyatı edən maşın qəzaya səbəb olub - FOTO

Qəzalar 17 Noyabr 2017 09:57 Oxunub 1617
Bakıda qəfil dönmə əməliyyatı edən maşın qəzaya səbəb olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı BMW Mercedesə, ardınca isə ağaca dəyərək dayanıb

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Əhmədov Ədalət Çingiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomibillə Səməd Vurğun küçəsində hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman arxadan gələn Zeynalov Ələkbər Bəhruz oğlu BMW markalı avtomobillə "Mercedes"ə çırpılıb. Nəticədə BMW ağaca dəyərək dayanıb. Qəza zamanı "Mercedes"də olan sərnişinlərdən biri xəsarət alıb. Zərbənin təsirindən avtomobillər yarasız vəziyyətə düşüb. Hadisə yerində polis əməkdaşları tərəfindən müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh