Yasamalda avtomobil iki maşına çırpılıb - FOTO

Qəzalar 17 Noyabr 2017 10:01 Oxunub 1046
Yasamalda avtomobil iki maşına çırpılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 1 nəfər xəsarət alıb

Paytaxtın Yasamal rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Orxan Kərimov idarə ediyi "Lifan" markalı avtomobillə Zivərbəy Əhmədbəyov küçəsindən "20 Yanvar" metrostansiyası istiqamətində hərəkətdə olarkən Emin Eyvazovun sükanı arxasında olduğu "VAZ-21014" yüksək sürətlə ara küçədən əsas yola çıxaraq "Lifan"ın arxa hissəsinə çırpılıb. "VAZ-21014" ardınca yol kənarında dayanan digər bir nəqliyyat vasitəsinə dəyərək dayanıb. Qəza zamanı avtomobillər yarasız vəziyyətə düşüb. "VAZ"da olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

 

Hadisə yerində olan polis əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh