Müəllim və şagirdlər NİİM-də - FOTO

Yeniliklər 17 Dekabr 2014 16:14 Oxunub 1393
Müəllim və şagirdlər NİİM-də - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlər İntellektual Nəqliyyat Sistemində istifadə edilən avadanlıqlarla tanış olublar

17 dekabr 2014-cü il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagird heyəti üçün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) infotur təşkil olunub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.az-a verilən məlumata görə, şagirdlər İntellektual Nəqliyyat Sistemində istifadə edilən avadanlıqlarla tanış olub, eyni zamanda, bu sistemin tətbiqi, nəqliyyat vasitələrindən istifadə edən insanların təhlükəsizliyinin təminində, paytaxt yollarında hərəkətə nəzarətin təşkili, tıxac probleminin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb etməsi haqqında məlumat verilib. Belə maarifləndirici tədbirlərin sürücü və piyadaların, şagirdlərin yol hərəkəti qaydalarına dair biliklərinin artırılması, onlara təhlükəsiz davranış qaydalarının aşılanması kimi məsələlərdə əhəmiyyəti böyükdür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh