"Brabus" daha bir eksklüziv ofroderi təqdim edib - VİDEO

Avtodünya 17 Noyabr 2017 12:20 Oxunub 4099
"Brabus" daha bir eksklüziv ofroderi təqdim edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin xüsusi seriyadan olduğunu bildirən qızılı rəngli lövhəciklər də mövcuddur

"Mercedes-Benz G-Class" modelinin cari nəslinin yenisi ilə əvəz edilməsi tarixi yaxınlaşdıqca bu əfsanəvi ofroderin bazasında yaradılan xüsusi seriyaların sayı da artmaqda davam edir. Buna bənzər seriyalardan biri də idman ayaqqabıları sahəsində məşhurlaşan Coy Buşemi ilə Brabus atelyesinin birgə hazırladığı ofroderdir. Brabus 850 Buscemi Edition adını almış ofroder Brabus atelyesinin hazırladığı genişformatlı aerodinamik kuzov dəstinə, 23-düymlük təkər disklərinə, xüsusi qara rəngli kuzova və qızılı rəngdə haşiyələrə sahib olub.

Avtomobilin interyeri də yüksək kefiyyətli qara dəri ilə örtülmüş və qırmızı rəngli saplardan tikişlərlə bəzədilmişdir. Salonda avtomobilin xüsusi seriyadan olduğunu bildirən qızılı rəngli lövhəciklər də mövcuddur. Avtomobilin təchizatına iki cüt Buscemi krossovkaları və xüsusi olaraq hazırlanmış baqaj dəsti daxildir.  

Brabus atelyesinin mütəxəssisləri avtomobilin 5,5-litrlik iki turbokompressorlu V8 mühərrikinin iş həcmini 6,0-litrə qədər artırıblar. 

Mühərrik yeni porşenlərə, dirsəkli vala, sürgü qoluna və təkmilləşdirilmiş giriş kollektoruna sahib olub. Bundan başqa, Bottropdan olan mütəxəssislər mühərriki yeni turbokompressorla təchiz edərək hava qidalanması sistemini optimallaşdırib, xüsusi idarəetmə blokunu və paslanmayan poladdan olan buraxılış sistemini quraşdırıblar.

Bu yeniliklər sayəsində mühərrik 850 at qüvvəsi və 1450 Nm fırlanma anı hasil edir.

Brabus 850 Buscemi Edition 100 km/saat sürətini dörd saniyəyə toplayır və onun maksimal sürəti 260 km/saat həddində məhdudlaşdırılıb. Avtomobilin qiyməti 410 min avro təşkil edir. (Autograph)        

 

Orxan

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh