Yol polisinə çətin anlar yaşadan şəxsin görüntüləri yayıldı – FOTO

Gündəm 17 Noyabr 2017 13:39 Oxunub 1416
Yol polisinə çətin anlar yaşadan şəxsin görüntüləri yayıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elvin Adıgözəlovun Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir

Ötən gecə Bakının Nərimanov rayonunda “BMW” markalı avtomobilin sürücüsünün sərxoş halda avtoxuliqanlıq edən şəxsin görüntləri yayılıb. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, ilkin məlumatda avtoxuliqanın atasının Dövlət Gömrük Komitəsində işlədiyi bildirilib. Lakin, DGK-nin mətbuat xidməti məlumat yayaraq bunu təkzib edib, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmədiyi bildirilib. Maraqlıdır ki, 10 LJ 600 dövlət nömrə nişanı əvvəllər “Mercedes” (“şessot”) markalı avtomobildə olub. Qeyd edək ki, noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının "saxla!" əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir. 

https://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTcvMTEvMTcvMTMvMDUvMDQvMzQwLzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0?sha=0718b8dc

ŞƏRH YAZ
Ad

E-mail

Şərh