11 yaşlı oğlanı maşın vurub - Salyanda  

Qəzalar 17 Noyabr 2017 14:06 Oxunub 881
11 yaşlı oğlanı maşın vurub - Salyanda   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Alçalı kəndindən keçən 73-cü km-də yolu keçmək istəyən uşağı maşın vurub. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, kənd sakini, 2006-cı ildə anadan olmuş Hüseynov Müzəffər Zaur oğlu yolu keçmək istəyərkən onu 99 DF 781 dövlət nömrə nişanlı 44 yaşlı Biləsuvar rayon sakini Əzizov Səid Allahverən oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını vurub. Hadisə nəticəsində sol bud sümüyü sınmış 11 yaşlı piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh