Bakıda metro vaqonlarının təmiri sexi istifadəyə verildi - FOTO

Gündəm 17 Noyabr 2017 14:15 Oxunub 1416
Bakıda metro vaqonlarının təmiri sexi istifadəyə verildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub

"Nərimanov" elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb. Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, uzunluğu 136 m, eni 24 m olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub.

 

 

Məlumata görə, sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub. Səhmdar Cəmiyyətdən bildirilib ki, bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh