Daha bir yük gəmisinin xarici sularda istismarına başlayıb

Gündəm 17 Noyabr 2017 15:18 Oxunub 787
Daha bir yük gəmisinin xarici sularda istismarına başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzərdən kənarda üzən gəmilərinin ümumi sayı 12-ə çatdırılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Qafur Məmmədov” quru yük gəmisinin xarici sularda istismarına başlayıb. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin ümumi sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir. AXDG-dən Avtosfer.az-a bildirilib ki, “Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb və buradan yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək.

"Dedveyti 5500 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh