Pərdə-plyonka ilə bağlı reydlər başladı - Xeyli sürücü cərimələnib - FOTO

Yol polisi 17 Noyabr 2017 15:22 Oxunub 2408
Pərdə-plyonka ilə bağlı reydlər başladı - Xeyli sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Plyonkalar avtomobillərdən yerindəcə çıxarılıb

Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. Həmin tarixdən  yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə tədbirlər həyata keçirilib. Bu gün bir neçə saat ərzində keçirilən reyd zamanı  avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə,  qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib  edilib. 

Şirvan şəhəri ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir. 

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

                                                                                         

Toğrul Nəsirli,

polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh