Avtomobildən 3 min ədəd siqaret aşkar edildi

Gündəm 17 Noyabr 2017 15:26 Oxunub 1878
Avtomobildən 3 min ədəd siqaret aşkar edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK)Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində "Marlboro", "Parliament", "Kent", "Muratti" və "Winston" markalı cəmi 3000 ədəd siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh