Sürücülərin əzabı bitir

Yeniliklər 17 Dekabr 2014 17:01 Oxunub 1562
Sürücülərin əzabı bitir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dərnəgül yolu nəhayət ki yaxın günlərdə tam istismara veriləcək

Bakının Ziya Bünyadov prospekti (keçmiş Dərnəgül) yaxın günlərdə tam istismara veriləcək. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, prospektdəki əsas yolda nəqliyyatın hərəkəti tam bərpa olunub. Hazırda istər 20 Yanvar dairəsindən, istərsə də “Qələbə” kinoteatrının qarşısındakı dairədən Böyük Şor yol qovşağı istiqamətində və əks tərəfə nəqliyyatın normal, fasiləsiz hərəkəti təmin olunub”, - deyə Pünhan Mürsəliyev bildirib. Pünhan Mürsəliyev qeyd edib ki, hazırda köməkçi yollarda son tamamlama işləri aparılır: “Əsas yolda yolun xətlənməsi, yol nişanlarının və lövhələrin quraşdırılması başa çatdırılıb. Yalnız bəzi yerlərdə köməkçi hissələrdə xətlənmə işləri aparılmalıdır. Yaxın günlərdə həmin işlər də bitəndən sonra prospekt tamamilə istismara veriləcək”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh