Bakıda torpaq uçqunu oldu - Bir nəfər uçqun altında qaldı

Gündəm 17 Noyabr 2017 21:50 Oxunub 919
Bakıda torpaq uçqunu oldu - Bir nəfər uçqun altında qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə xilas edilib. 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu FHN-in xilasediciləri tərəfindən xilas edilib.

***21:53

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə sağ qalıb. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlunun sağ qaldığı məlum olub.

Qeyd edək ki, hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib.

***21:25 

Bakının Zığ qəsəbəsində torpaq uçqunu olub. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh