Ucarda dəhşətli qəza - Əsgərliyə hazırlaşan 18 yaşlı oğlanı iki maşın vurdu

Qaydalar 17 Noyabr 2017 23:55 Oxunub 2725
Ucarda dəhşətli qəza - Əsgərliyə hazırlaşan 18 yaşlı oğlanı iki maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəray Məmmədovu əvvəlcə "Opel", sonra isə "Mercedes" vurub

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində baş verib. Gəncə şəhər sakini Gəray Aydın oğlu Məmmədov idarə etdiyi “Opel” markalı minik maşını ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan Ucar rayonun Pirkənd kənd sakini, 1999-ci il təvəllüdlü Ülvi Ağaismayıl oğlu İsmayılovu vurub. “Opel”markalı maşınının vurduğu piyadanı eyni istiqamətdə hərəkət edən 99 GC 923 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını da vurub. Aldığı xəsarətlərdən Ü.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, mərhum Ü. İsmayılov hərbi xidmətə çağırılıbmış.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh