Azərbaycanda qəribə qəza - Sürücünü öz maşını vurdu - VİDEO

Avtosfer TV 18 Noyabr 2017 00:01 Oxunub 2435
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil onun döş qəfəsi nahiyəsinə xəsarət yetirib

Bu gün səhər saatlarında Şamaxı şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Avtosfer.az.az-ın məlumatına görə, şəhər sakini 26 yaşlı Cavid İsayev avtomobil ilə hərəkətdə olarkən nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Sürücü maşını təmir edərkən maşın hərəkətə gəlib və sürücünü əzib. Xəsarət alan şəxs avtomobildəki sərnişinlərin köməkliyi ilə Şamaxı rayon mərkəzi xəstəxanasına aparılıb. Xəstəxandan verilən məlumata görə, avtomobil onun döş qəfəsi nahiyəsinə xəsarət yetirib. Yaralının vəziyyəti kafidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh