Göyçaydan Sumqayıta gedən maşını daşa tutdular - VİDEO

Xəbərlər 18 Noyabr 2017 08:14 Oxunub 1568
Göyçaydan Sumqayıta gedən maşını daşa tutdular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkətdə olarkən qəfildən avtomobilin ön süşüşəsinə daş atılıb

Bir neçə gün əvvəl Sumqayıtda marşrut avtobuslarının daşlanmasından sonra eyni hadisə Göyçay sakininin də başına gəlib. Avtosfer.az-ın məlumatına görə, rayonun Şəkər kənd sakini Adil Qasımov ötən gün Göyçaydan Sumqayıta gedərkən oxşar hadisə baş verib. Sürücünün sözlərinə görə, Ceyranbatan ərazisində ona məxsus olan kiçik tutumlu yük maşını ilə hərəkətdə olarkən qəfildən avtomobilin ön süşüşəsinə daş atılıb. 

Adil Qasımovun sözlərinə görə, həmin ərazidə yolun sağ tərəfində kafe və bir neşə agac var. Sürücü ehtimal edir ki, daş, körpünün üstündən  atılıb. 

Adil Qasımovun avtomobilinə umumilikdə 170 manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı Sumqayıt şəhər polis idarəsində  araşdırma aprılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh