Ağır qəza: bir polis öldü, digəri yaralandı - FOTOLAR

Yol polisi 18 Noyabr 2017 23:25 Oxunub 5556
Ağır qəza: bir polis öldü, digəri yaralandı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislərin olduğu avtomobil radar dirəyinə çırpılıb

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu,  xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.  Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.








 

Apa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh