Şükürün ABŞ-da lüks həyatı - 3 milyonluq villa, “Lexus”, “Volkswagen” - FOTOLAR

Avtosfer Foto 19 Noyabr 2017 02:02 Oxunub 4410
Şükürün ABŞ-da lüks həyatı - 3 milyonluq villa, “Lexus”, “Volkswagen” - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçmiş futbolçu və sabiq millət vəkili San-Fransisko şəhərində görüntülənib

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan türkiyəli keçmiş futbolçu və sabiq millət vəkili Hakan Şükür ABŞ-ın San-Fransisko şəhərində görüntülənib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2015-ci il noyabrın 19-da ABŞ-a gedən Hakan Şükür orada lüks həyat yaşayır. Belə ki, o, San-Fransiskonun önəmli mərkəzlərindən olan Palo Altoda ən çox insanların toplaşdığı prospektdə “tuts Bakery-Café” adlı kafe-restoran açıb. 

Kafenin yerləşdiyi lüks ərazidə bir çox məşhur şəxs yaşayır, onun yaxınlığında isə “Apple” kimi bir neçə texnoloji şirkətin ofis və mağazaları, “Stanford Universiteti” kimi önəmli mərkəzlər var.

Şükür kafeni həyat yoldaşı Beyda ilə idarə edir.

O, ailəsi ilə 3 milyon dollar məbləğində villada yaşayır. Evin aylıq kirayəsi 6 min 850 dollar təşkil edir.

H. Şükür “Lexus”, “Mercedes”, “Volkswagen” markalı avtomobillərə sahibdir.

 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh