23 yaşlı biznesmen avtomobili üçün 10 milyona nömrə aldı - FOTO

Avtoxəbər 19 Noyabr 2017 02:04 Oxunub 9095
23 yaşlı biznesmen avtomobili üçün 10 milyona nömrə aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mən "2" nömrəli qeydiyyat nişanını almağıma görə çox şadam və fəxr hissi duyuram”

Səudiyyə Ərəbistanında biznesmen Əhməd Əl-Mərzuki öz avtomobili üçün 10 milyon dirhəm dəyərində (təxmini 3 milyon dollar) qeydiyyat nömrəsi alıb. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, eksklüziv avtomobil nömrələrinin satıldığı hərrac Əbu-Dabidə baş tutub.

“Mən "2" nömrəli qeydiyyat nişanını almağıma görə çox şadam və fəxr hissi duyuram”,- deyə 23 yaşlı biznesmen bildirib.

Hərracda satılan nömrələrdən əldə olunan gəlir (təxmini 15 milyon dollar) xeyriyyəçiliyə sərf olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh