Sumqayıt yolundakı dəhşətli qəza təkrarlana bilərdi – ŞOK VİDEO

Avtoxəbər 19 Noyabr 2017 02:34 Oxunub 5062
Sumqayıt yolundakı dəhşətli qəza təkrarlana bilərdi – ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük avtomobilinin təhlükə saçan görüntüləri Avtosfer.az-ın kamerasına düşüb

Noyabrın 18-də Bakıda yük avtomobilinin təhlükə saçan görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, gecə saatlarında Bakı-Dairəvi yolunda (110 km saat sürət təşkil olunmuş yolda) xarici işıq cihazları söndürülmüş və sahibsiz halda yük avtomobilinin yolun hərəkət hissəsində olması sürücülərə təhlükəli vəziyyət yaradıb.Bununla yanaşı, qanunvericiliyin tələbləri də kobud şəkildə pozulub.

“Yol hərəkəti haqqında” qanunun 43-cü maddəsinin II hissəsinin 3-cü bəndində qeyd olunub ki, 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. Həmçinin 55-ci maddənin II hissəsində qeyd olunub ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

Videodan aydın şəkildə görünür ki, qanunun qeyd olunan müddəaları kobud şəkildə pozulub. Bu isə Bakı-Sumqayıt yolunda 6 tələbənin öldüyü faciəvi qəza kimi qəzalara yol aça bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh