Şamaxıda maşın dərəyə aşıb, 4 nəfər xəsarət alıb - FOTO

Qəzalar 20 Noyabr 2017 00:50 Oxunub 838
Şamaxıda maşın dərəyə aşıb, 4 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların içərisində bir azyaşlı da var

Şamaxı-Qızmeydan yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza minik avtomobilinin idarəetmədən çıxaraq 30 metr dərinliyində olan dərəyə yuvarlanması nəticəsində qeydə alınıb. Qəza zamanı Göyçay rayonundan olan 1974-cü il təvəllüdlü sürücü Bulcalızadə Rahil Vahid oğlu, Bakı şəhər sakini Fərəcov Bayram Zakir oğlu (1988-ci il), onun həyat yoldaşı Fərəcova Fəridə Məhərrəm qızı (1989-cu il) və onların övladı Fərəcov Nihat Bayram oğlu (2013-cü il) xəsarət alıb. Sürücünün vəziyyəti ağırdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh