Bu görüntülər Bakıda çəkildi: Sürücünün hərəkəti sizi şoka salacaq - VİDEO

Avtoreyd 20 Noyabr 2017 01:27 Oxunub 7325
Bu görüntülər Bakıda çəkildi: Sürücünün hərəkəti sizi şoka salacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzən ancaq özünü fikirləşən sürücülər avtomobillərini elə yerdə park edirlər ki...

Sürücü əks yola çıxaraq nəqliyyatın axnına doğru hərəkət edir. Görüntülər gecə saatlarında paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə Sarayeva küçəsinin kəsişməsində lentə alınıb. Şahidlərdən biri sürücünün kobud qayda pozduğunu mobil telefonla çəkərək bizə göndərib. Kadrlardan aydın olur ki, minik avtomobilinin sürücüsü Sarayeva küçəsinə əks tərəfdən qalxaraq kobud qayda pozuntusuna yol verir. Qarşıdan gələn nəqliyyatın hərəkətini bir qədər gözlədikdən sonra hələ bu azmış kimi, yol kəsişməsində işıqforun altında sol zolaqda avtomobilini park edir. Halbuki, hərəkətin axnına qarşı sol zolaqda avtomobil saxlamaq qanunla qadağandır.

Bundan başqa dayanma və durma qaydasını pozan sürücü digər nəqliyyat üçün də böyük təhlükəyə səbəb olur. Qeyd edək ki, sözügedən küçədə bir gediş və bir gəliş zolağı var. Həmin sürücü də avtomobili Məhəmməd Hadi küçəsinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yolunda saxladığından, digər sürücülər məcbur olub cəmi bir zolaqdan isifadə edirlər. Bu da bir başqa təhlükədən xəbər verir. Görünrtüləri izləyən yol hərəkəti üzrə ekspert Ərşa Hüseynov da sürücünün bu hərəkətinin kobud qayda pozuntusu olduğunu deyir.

Görüntülərdən belə aydın olur ki, işıqforun qırmızı işığında dayanmış başqa bir avtomobilin sürücüsü yaşıl işıq yandıqda hərəkətinə davam etmək istəyir. Amma qayda pozan sürücünün üzündən o hərəkətində davam edə bilmir. Bir qədər gözlədikdən sonra məcbur qalıb əks yola çıxaraq gedir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis idarəsindən bildirdilər ki, ərzidəki təhlükəsiz şəhər kameralarına baxış keçiriləcək. Avtomobilin dövlət nömrə nişanı aşkar edildiksən sonra sürücü saxlanılaraq inzibai qaydada cərimə ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh