Avtobus uçuruma düşdü: 14 ölü, 35 yaralı

Qəzalar 20 Noyabr 2017 09:44 Oxunub 855
Avtobus uçuruma düşdü: 14 ölü, 35 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusdakı sərnişinlərin dəqiq sayı hələlik məlum deyil

Kolumbiyada baş vermiş ağır yol qəzasında azı 14 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb. Yerli hakimiyyət orqanlarına istinadən yayılan xəbərə görə, hadisə Antiokiya departamentində, Sabanalarqa şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, sərnişin avtobusu dərəyə yuvarlanıb. Qeyd olunur ki, avtobusun sürücüsü önündəki motosikleti ötməyə çalışarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.  Şəhərin meri Sezar Kuadros bildirib ki, avtobusdakı sərnişinlərin dəqiq sayı hələlik məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh