“Mercedes" “KamAZ”la toqquşdu: 1 ölü, 3 yaralı - Sabirabadda

Qəzalar 20 Noyabr 2017 09:52 Oxunub 1029
“Mercedes" “KamAZ”la toqquşdu: 1 ölü, 3 yaralı - Sabirabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Qatı dumanlı havada “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh