“Mercedes” işıq dirəyinə çırpıldı: ər-arvad ölüb - Bakı-Quba yolunda

Qəzalar 20 Noyabr 2017 10:31 Oxunub 1016
“Mercedes” işıq dirəyinə çırpıldı: ər-arvad ölüb - Bakı-Quba yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar aparılır

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, magistralın 101-ci km-də Bakı şəhər sakini, 59 yaşlı Hamlet İlyasovun idarə etdiyi “Mercedes” markalı maşın işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sürücünün həyat yoldaşı, 56 yaşlı Məlahət İlyasova Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh