Göyçayda reyd zamanı 140 sürücü cərimələnib – FOTO

Avtoreyd 20 Noyabr 2017 10:50 Oxunub 1554
Göyçayda reyd zamanı 140 sürücü cərimələnib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, piyada, sərnişin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Göyçay rayon Polis  Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülər arasında reyd keçirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay şəhərinin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən reyd zamanı qayda pozuntularına yol vermiş sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb. Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədsiz avtomobil idarə edən, həmçinin tətbiq olunan cərimələri ödəməyən sürücülərə qarşı inzibati qaydada tədbir görülüb. Göyçay rayon Polis  Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor İlkin Məmmədov bildirib ki, reyd zamanı qaydaları pozan 38 sürücü barədə protokol tərtib olunub. Ötən bir həftə ərzində reydlər zamanı avtomobili sərxoş idarə edən, sürücülük hüququ olmadan sükan arxasında oturan, yol hərəkət qaydalarını kobud şəkildə pozan 140 sürücü aşkar edilərək cərimələnib. Rayon ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir. Qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh