Bazar günü yol qırğını – 8 ölü

Qəzalar 20 Noyabr 2017 11:09 Oxunub 796
Bazar günü yol qırğını – 8 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir faktla bağlı araşdırma aparılır

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu  qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub öldürüb. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb. Hər bir faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh