Bakıda binadan "Lexus"un üzərinə 300 kərpic düşdü - VİDEO

Xəbərlər 20 Noyabr 2017 12:15 Oxunub 5558
Bakıda binadan "Lexus"un üzərinə 300 kərpic düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təxminən 35 min dollar civarında olan avtomobil yararsız vəziyyətə düşüb

Bakıda binadan avtomobilin üzərinə çox sayda kərpic düşüb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Binanın 8-ci mərtəbəsinin eyvanından 300 ədəd kərpic həyətdə dayanan "LEXUS 460" markalı avtomobilin üzərinə düşüb. Təxminən 35 min dollar civarında olan avtomobil tam yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ətrafda insanlar olmayıb. Mənzildə təmir aparan ev sahibi ilə avtomobilin sahibi arasında bu hadisəyə görə mübahisə yaşanıb. Avtomobilin sahibi yeni maşın alınmasını tələb edir. Ev sahibi isə avtomobili təmir edəcəyini bildirir. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları əraziyə gəlib. 

Faktla bağlı araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh