Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Qəzalar 20 Noyabr 2017 12:36 Oxunub 675
Bakıda piyadanı vurub qaçan sürücü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib  

Bakıda yolu keçmək istəyən piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh