Formula 1 Azərbaycan Qran Prisinə biletlər əsasən xarici ölkələrdən alınır

Yarışma 20 Noyabr 2017 12:37 Oxunub 1280
Formula 1 Azərbaycan Qran Prisinə biletlər əsasən xarici ölkələrdən alınır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Təbliğatımız davam edir. İnanırıq ki, bundan sonra maraq daha da artacaq”

“2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür". Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, bu il də biletlərə endirim kampaniyası keçirilmişdi: “Qarşıdakı yarışa biletlər üçün də endirim kampaniyası keçirilir, ancaq görürük ki, növbəti yarışa maraq daha çoxdur. Biletlər hələ ki əsasən xarici ölkələrdən alınır”.

 

O qeyd edib ki, yarışa marağn artması gözlənilən indi: “Çünki builki yarışımız çox yaxşı keçmişdi və Bakı yarışını gözləyənlər çox idi”.

Şöbə rəhbəri bildirib ki, Əbu Dabidə təşkil ediləcək Qran Piri zamanı xarici jurnalistlərə görüş keçiriləcək: “Yəni təbliğatımız davam edir. İnanırıq ki, bundan sonra maraq daha da artacaq”. 

 

Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına noyabrın 6-dan start verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh