Bakıda qəza: polis piyada keçidini gözləmədi - FOTO

Yol polisi 20 Noyabr 2017 16:04 Oxunub 7539
Bakıda qəza: polis piyada keçidini gözləmədi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
PPX avtomobilinin önü, vətəndaşa məxsus "Merdeces"-in isə arxa hissəsi sıradan çıxıb

Bu gün Bakıda polis avtomobili qəza törədib. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, hadisə saat 15.00 radələrində, Bakı şəhəri Yasamal rayonu Akim Abasov küçəsində, "Azərsu"-nun parkının qarşısında baş verib. Belə ki, piyada zolağının qarşısında dayanıb piyadanın keçməsini gözləyən "Mercedes" markalı avtomobili, arxadan gələn "99 AP 704" dövlət nömrə nişanlı Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil vurub. Nəticədə "Mercedes" markalı avtomobil sürüşərək yolu keçməkdə olan, 10-12 yaşlı qıza çırpılıb.

Qəza zamanı PPX avtomobilinin ön, vətəndaşa məxsus "Merdeces"-in isə arxa hissəsi ciddi zərbə alaraq, sıradan çıxıb. Xoşbəxtlikdən "Mercedes"-in sürücüsü əyləci buraxmayıb və piyadanın xəsarəti o qədər də ağır olmayıb. Hadisə şahidləri tərəfindən piyadaya tibbi yardım göstərilməsi üçün əraziyə Təcili Tibbi Yardım çağırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh