Yol polisi 100 manat cərimə yazdı, videosu yayıldı - VİDEO

Yol polisi 20 Noyabr 2017 20:12 Oxunub 4857
Yol polisi 100 manat cərimə yazdı, videosu yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX əməkdaşı sürücünü məhkəməyə verəcək

Bu gün mətbuatda paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yol polisi ilə sürücü arasında baş vermiş insident barədə məlumat yayılıb. Sürücü mətbuata təqdim etdiyi video ilə bərabər bildirib ki, polislə dialoqunu telefonla qeydə almaq istəyərkən ona qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.

Avtosfer.az sözügedən məlumatda adı çəkilən YPX əməkdaşı Elçin İsmayılovla əlaqə saxlayıb. DYP əməkdaşı bildirib ki, hadisə əslində heç də videoda göstərilən kimi deyil. Həmin sürücü Rəşid Behbudov küçəsindən sola dönərək Səbail rayon İcra hakimiyyətinin qarşısından üzü Sahil metrosu istiqamətində hərəkətdə olarkən qarşı yola çıxaraq yolunu davam etdirib. Bu zaman  həmin sürücü saxlanılıb və sənədləri tələb olunub. Lakin sürücü təxminən 10 dəqiqə ərzində sənədləri və özünü təqdim etməyib. YPX əməkdaşı avtomobilin dövlət qeydiyyat nişanını bort kompüterə daxil edərək sürücünün şəxsiyyətini müəyyənləşdirib və barəsində 100 manat, 4 bal cərimə tətbiq edib. Bundan hiddətlənən sürücü isə bildirib ki, bu gündən etibarən onun videosunu çəkərək hər gün sosial şəbəkələrdə yayacaq. “Mən ona bildirdim ki, bu qanun pozuntusudur və buna görə başın ağrıyacaq. Lakin səhvən “başın partlayacaq” ifadəsi işlətmişəm. Başqa heç bir problem olmayıb. Sürücü istənilən vaxt DYP-yə yaxınlaşıb şikayətini bildirə bilər. Həmçinin görüntülərlə tanış olub həqiqətən də qayda pozduğunu görə bilər. Mən qarşı yola çıxdığı üçün ona cərimə yazmışam.”

Qeyd edək ki, YPX əməkdaşı Elçin İsmayılov da öz növbəsində şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və sürücünü məhkəməyə verəcəyini deyib.

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh