Bakıda velosipedlə maşın belə toqquşdu - VİDEO

Avtoreyd 18 Dekabr 2014 23:59 Oxunub 1786
Bakıda velosipedlə maşın belə toqquşdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınların arası ilə şütüyən azyaşlının bir saniyədə bəxti gətirdi

Avtosfer.az saytı Bakıda avtomobillə velosipedin toqquşmasını əks etdirən videonu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu görüntüdə sürücünü qınamaq olmaz. Çünki sürücü öz yolu ilə və aşağı sürətlə hərəkət edir. Qəflətən maşınların arasından çıxan velosipedçi isə yaranmış vəziyyətdən yayına bilmir və sürətlə maşına çırpılaraq yıxılır. Bir-iki saniyə tez yola çıxmış olsaydı yəqin ki, avtomobilin altında qalacaqdı. Bu qəzada, sadəcə, onun bəxti gətirdi.

Əziz velosipedçilər! Yol hərəkəti qaydaları sizlərə də aiddir. Bu vəziyyətdə yola çıxmaq olduqca təhlükəlidir. Yolun hərəkət hissəsinə çıxarkən sağa-sola baxmaq lazımdır. Sıxlıq varsa, yolu keçmək lazımdırsa velosipeddən düşüb yeriyərək keçin. Bununla siz həm öz həyatınızı, həm də başqalarını xilas etmiş olarsınız. Bundan əlavə, valideynlər uşaqlarına velosiped alarkən bu şərtləri onlara mütləq izah etməlidirlər. Ən başlıcası isə unutmaq olmaz ki, azyaşlıların velosipedlə yolun hərəkət hissəsinə çıxması qanunla qadağandır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh