Bakıda silah satmaq istəyən şəxs saxlanılıb - FOTO

Gündəm 21 Noyabr 2017 09:44 Oxunub 779
Bakıda silah satmaq istəyən şəxs saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı silah satışı ilə məşğul olan şəxsin Sumqayıt şəhərində anadan olan, Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh