Argentinaya məxsus sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edilib

Gündəm 21 Noyabr 2017 09:50 Oxunub 772
Argentinaya məxsus sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sualtı qayıq suyun üzündə və yaxud altında tapılanadək axtarışlar davam edəcək”

Argentina donanması yoxa çıxan sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edibAvtosfer.azn APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Argentina Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib. O etiraf edib ki, sualtı qayığın göyərtəsində ciddi qəza baş veribsə, ekipaj üzvlərinin xilas edilməsi üçün az vaxt qalıb. “Sualtı qayığın suyun üzünə qalxa bilmədiyi təqdirdə oksigen yalnız 7 günə qədər çata bilər. Buna baxmayaraq, sualtı qayıq suyun üzündə və yaxud altında tapılanadək axtarışlar davam edəcək” - deyə E.Balbi bildirib. Argentina Hərbi Dəniz Qüvvələrinin “San-Xuan” sualtı hərbi qayığı ilə əlaqə noyabrın 15-də kəsilib. Argentina sahillərində itən sualtı qayıqda 44 heyət üzvü olub. Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh