Bakını toz-duman bürüyüb - FOTO

Gündəm 21 Noyabr 2017 10:10 Oxunub 767
Bakını toz-duman bürüyüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olacaq

Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü duman müşahidə olunur. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də proqnoz yaymışdı. Xəbərdə bildirilirdi ki, ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olacaq. Buna səbəb isə ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır. Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.







ŞƏRH YAZ
Ad

E-mail

Şərh