Aeroport yolunda körpülərdən oğurluq edən şəxslər həbs edildi - FOTO

Gündəm 21 Noyabr 2017 11:46 Oxunub 1365
Aeroport yolunda körpülərdən oğurluq edən şəxslər həbs edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar körpünün üstündəki led işıqları və əlvan metalları oğurlayıblar

Bakı-Aeroport yol qovşağı və Zabrat körpüsünün üstündəki led işıqları, əlvan metalları oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, cari ilin noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib. Dərhal hadisə yerinə yaxınlaşan orada xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci Polis Bölməsinə (PB) təhvil veriblər. Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Vüqar Mustafayev olduğu müəyyən edilib. Hadisə yerinə baxış zamanı V.Mustafayevin oğurlamaq üçün kəsdiyi əlvan metaldan hazırlanan borular və led işıqlar, eləcə də digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Sabunçu RMİ əməkdaşları tərəfindən daha bir analoji oğurluq hadisəsinin qarşışı vaxtında alınıb. Belə ki, noyabrın 15-də saat 21 radələrində Zabrat körpüsündə xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları körpünün üstündə “VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar. Bu zaman sürücü avtomobilə minib qaçmağa cəhd göstərən zaman polislərin sayıqlığı və çevikliyi sayəsində maşınla birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkar olunaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyən edilib. Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh