Deputatlar hansı benzindən istifadə edir? - SORĞU

Yazarlar 21 Noyabr 2017 13:41 Oxunub 1715
Deputatlar hansı benzindən istifadə edir? - SORĞU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsasən 92-dən istifadə edirlər, arada metroya da minirlər

Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşdı. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0, 20 manat artaraq, 1,25 və 1,50 manata çatıb. Maraqlıdır, bəs görəsən Azərbaycanda deputatlar şəxsi avtomobilləri üçün hansı markalı benzindən istifadə edirlər? Avtosfer.az xəbər verir ki, yenicag.az suala cavab tapmaq məqsədilə bəzi deputatlara müraciət edib.

Deputat Vahid Əhmədov şəxsi avtomobili üçün “Aİ-92” və “Aİ-95” (“Premium”) markalı benzindən istifadə etdiyini deyib.

O, bildirib ki, şəxsi avtomobili olmasına baxmayaraq, ictimai nəqliyyatdan da istifadə edir:“Sonuncu dəfə bir ay bundan öncə, avtobusdan istifadə etmişəm. Özü də tək yox, ailəmlə getmişəm. Şəxsi avtomobilim üçün isə “Aİ-92” və “Aİ-95” (“Premium”) markalı benzindən istifadə edirəm”.

Deputat Aqil Abbas isə “Aİ-92” markalı benzindən istifadə etdiyini söyləyib.

Musa Qasımlı isə “Aİ-92”və “Aİ-95” (“Premium”) markalı benzindən istifadə etdiyini qeyd edib. O, ara-sıra metrodan da istifadə etdiyini vurğulayıb:

“Sonuncu dəfə bir həftə əvvəl ictimai nəqliyyatdan istifadə etmişəm. Amma harasa gedəndə, şəxsi avtomobilə üstünlük verirəm”.

Fazil Mustafa da “Aİ-92” markalı benzindən istifadə edən deputatlar sırasındadır. ““Aİ-92”-dən istifadə edirəm, keyfiyyətindən də razıyam. Maşınımı ustaya aparanda isə metrodan istifadə edirəm”.

Deputat Fəzail İbrahimli də bəzi həmkarları kimi “Aİ-92” markalı benzindən istifadə etdiyini dedi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh