Onlar polislərlə çiyin-çiyinə çalışırlar - FOTO

Yol polisi 21 Noyabr 2017 13:44 Oxunub 1254
Onlar polislərlə çiyin-çiyinə çalışırlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Veteranların qarşılaşdıqları sosial problemlərin həllinə diqqət daha da artırılıb

Son illər ölkənin bütün bölgələrində polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir, onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.

Lənkəran ŞRPŞ-nin Veteranlar Şurasının sıralarında daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmiş 161 polis veteranı var. Onlarla müntəzəm əlaqə saxlanılır. Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətov veteranların qayğılarını diqqətdə saxlayır, vaxtaşırı keçirilən görüşlərdə onlara cari məsələlərin həllində öz əməli köməyini göstərir. Bu ilin 10 ayı ərzində veteranların qarşılaşdıqları sosial problemlərin həllinə diqqət daha da artırılıb. 

Rayon ərazisində dini radikalizmlə mübarizə tədbirləri çərçivəsində polis əməkdaşları veteranlarla birgə fəaliyyət göstərirlər. Şuranın üzvləri rayonun ən böyük məscidlərində dini maarifləndirmə tədbirlərinə qatılıblar. Müxtəlif dini mərasimlər zamanı müəyyən olunan qaydalara riayət edilməsinə bir ağsaqqal olaraq diqqət yetirirlər.

İlin əvvəlindən bu günədək veteranlar ümumtəhsil məktəblərində 46 görüş keçiriblər. Bu görüşlərdə milli-mənəvi dəyərlərin qorunması, hüquqi maarifləndirmə, narkotik vasitələrin fasadları, cinayətkarlıqla mübarizədə və asayişin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr barədə profilaktik söhbətlər aparıblar. 

Ən başlıcası isə göstərilən müddət ərzində veteranların iştirakı ilə 237 cinayətin açılması təmin olunub.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh