Əməkdar artisti avtobusda döymək istədilər - Orxan obrazına görə

Maraqlı 21 Noyabr 2017 14:40 Oxunub 1845
Əməkdar artisti avtobusda döymək istədilər - Orxan obrazına görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Arxadan beş-altı nəfər hökmlə qışqırdı ki, gəlin bunu döyək, heyfimizi alaq"

Əməkdar artist, tanınmış aktyor İlqar Cahangir seriallardakı obrazlarına görə tamaşaçıların qınağına tuş gəlib. Yenicag.az-a açıqlama verən aktyor hətta bir dəfə az qala avtobusda döyüləcəyini də deyib: “Tamaşaçı çox vaxt serialla həyatı dəyişik salır. “Pərvanələrin rəqsi” serialında Orxan obrazını canlandırırdım. Buna görə məni avtobusda döymək istəyiblər. Ceyranbatanda yaşıyıram. Bakı-Sumqayıt mikroavtobusu ilə evə gedirdim. Qabaq oturacaqda əyləşmişdim, sürücü də qonşum idi. Arxadan beş-altı nəfər hökmlə qışqırdı ki, gəlin bunu döyək, heyfimizi alaq. Deyəsən, eyni ailənin üzvləri idi. Bir gənc yalvar-yaxar etdi ki, oturun yerinizdə, adam aktyordur, serialdakı obrazın onunla heç bir əlaqəsi yoxdur.

Bir dəfə də yenə “Pərvanələrin rəqsi” serialındakı roluma görə 55-60 yaşında bir kişi mənə yaxınlaşıb ehtiyatlı olmağımı məsləhət gördü. Əvvəlcə anlamadım. Sonra deyəndə ki, sizin saxladığınız qadınla həkimdən ehtiyatlı olun, sizə pislik etməyə hazırlaşırlar, onda hər şeyi başa düşdüm. Həmin şəxs filmin təsirindən çıxa bilməmişdi. Çox həyəcanlı idi, elə bilirdi ki, mənə həyatda da pislik edəcəklər. Başa saldım ki, narahat olmayın, heç nə edə bilməzlər, bu, obrazdır. Həyəcanla israr edirdi ki, yox e, özünüzü qoruyun, sonra gec olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh