Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir

Gündəm 21 Noyabr 2017 15:30 Oxunub 858
Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək

Bakıda 31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək: “Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.

Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh