Lənkəranda 5 nəfəri öldürən sürücüyə hökm oxundu - 8 il həbs

Qaydalar 21 Noyabr 2017 15:32 Oxunub 1462
Lənkəranda 5 nəfəri öldürən sürücüyə hökm oxundu - 8 il həbs
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2106" markalı avtomobil "Mercedes"lə toqquşub

5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmədində hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs E.Aslanova 10 il cəza istəyib. Ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

"Mercedes" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü Eldar Aslanov təqsirli bilinərək həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh