Yanacaqdoldurma məntəqəsi partladı - Xəsarət alanlar var - FOTO

Gündəm 21 Noyabr 2017 15:49 Oxunub 930
Yanacaqdoldurma məntəqəsi partladı - Xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biri ağır olmaqla iki nəfər yaralanıb

Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib. Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.

Partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub. Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.



 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh