Yolu oynaya-oynaya keçdilər; hamı təəccübləndi - Rəqqaslar- VİDEO

Avtosfer TV 21 Noyabr 2017 21:04 Oxunub 1392
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Süjetə görə döyüşçülər düşmən tərəfindən zəbt edilən əraziyə ehtiyatla daxil olur, kəşfiyyat aparır və düşmənə hücüm edirlər

Gürcü ansamblının rəqqaslarının Tiflisin mərkəzində piyada keçidindən keçmələri həm Gürcüstanın özündə, həm də başqa ölkələrdən olan sosial şəbəkələrin istifadəçiləri arasında qısa zamanda tez məşhurlarşıb. İnsanlar videonu fəal şəkildə paylaşaraq, şərh edirlər. Videoçarx Tiflisin tarixi mərkəzində, Şarden meydanı yaxınlığında yerləşən binalardan birinin qövsündən döyüşçü-rəqqasların çıxması ilə başlayır. Qeyd edək ki, “Xorumi” gürcülərin ən məşhur döyüş rəqslərindən biridir. Onun süjetinə görə döyüşçülər düşmən tərəfindən zəbt edilən əraziyə ehtiyatla daxil olur, kəşfiyyat aparır və düşmənə hücüm edirlər. Rəqsin əsas mənası qəhrəmanlıqdır və gücün yalnız  birlikdə olmasının nümayişidir. Gürcü rəqqasları “Xorumi” rəqsinin tempinə uyğun olaraq piyada keçidindən yavaş-yavaş və sinxron şəkildə keçən zaman, sürücülər səbirlə gözləyib, piyadalar isə onları videoya çəkiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh